Development zamanı aktiv olaraq istifadə etdiyim proqramlar və qoşmalar

Bu məqaləmdə sizlərə development zamanı aktiv olaraq istifadə etdiyim proqramlardan (apps and tools) və qoşmalardan (plugins and extensions) bəhs edəcəm.

Atom

Atom Editor

Atom Editor ilə 5 il öncə tanış olmuşam. Mənim proqramlaşdırmaya yeni yeni başladığım zamanlar, Atomun isə yeni yeni yayımlandığı zamanlar idi 🙂 5 ildə çox inkişaf etdi lakin hələdə böyük proyektlərlə işlədiyim zaman çökmə, yavaşlama kimi problemlər olur. Zaman zaman VS Code, PhpStorm kimi editorlara keçsəmdə heç birində 3 gündən uzun davam edə bilməyib yenidən Atoma qayıtdım. Bəzi alışqanlıqlar heç dəyişmir 🙂 ...  DAVAMI >

Go (golang) proqramlaşdırma dilinə giriş #1

Go dili, Google Go və ya ən çox bilinən adı ilə Golang, Google tərəfindən ortaya çıxarılmış açıq qaynaq kodlu bir dildir. Go dilinin GitHub səhifəsində dilin bütün kodlarını görə bilərsiniz.
Golang 2007-ci ildə Ken Thompson, Rob Pike və Robert Griesiemer tərəfindən hazırlanmağa başlayıb və 2009-cu ilin noyabr ayında yayımlanmışdır. Qurucularına görə bu dil Google’daki problemləri həll etmək üçün hazırlanmış, C++’a alternatif bir dildir. ...  DAVAMI >

PHP 7.4 ilə nələr dəyişir? Hansı yeni özəlliklər gəlir?

PHP 7.4 ilə bir çox yenilik gəlir və bəzi şeylər dəyişir. Öncə gələn yeniliklərə nəzər salaq daha sonrasında isə nələrin dəyişəcəyinə baxaq.

Arrow funksiyalar

Arrow funksiyalarını “qısaldılmış funksiya” olaraq adlandıra bilərik. Kiçik və qısa funksiyalar artıq tək sətr olaraq yazıla biləcək. ...  DAVAMI >