Həyatın Son Günü

Düşünürəm ki, həyat, bu dünya və obiri dünya arasında yerləşən incə bir ip, biz isə həmin ipin üzərində yeriyən kəndirbazlarıq. Ama burada bir istisna var. Bu ipin sonunu görə bilmirik. Bəlkədə ipin sonuna çatdıqda artıq bir daha bu dünyaya qayıtmaq şansımız olmadığını bildiyimiz üçün ipin sonunu görmək istəmirik…

“Hər insan həyatda öz seçimlərinin nəticələrini yaşayır. Və hər insan bir gün mütləq bu ipin sonuna çatır. Önəmli olan insanın bu ip üzərində nə qədər uzun dayandığı deyil, dayandığı müddət ərzində nələr etdiyidir.”

Tom Robbins’in dediyi kimi: “Doğmaq və ölmək asandır. Önəmli olan yaşamağı bacarmaqdır.” Məncə həyatda bəzi şeyləri çox ciddiyə almaq yanlışdır. Çünkü birşeyi gözünüzdə çox böyüdərsəniz, o şey alınmadıqda sanki hərşeyin sonuymuş kimi deprasyaya düşər və sağlığınızda ciddi problemlər yaradarsınız. Hətta bəzi hallarda bu səbəbdən insanların intihar etdiyinidə çox görmüşük. Örnək vermək gərəkərsə bir neçə ay öncə Sumqayıt şəhərində universitet imtahanını keçə bilmədiyi üçün intihar edən gənci göstərə bilərik. Düşünürəmki həmin gəncin intihar səbəbi məhz universitet imtahanını gözündə böyütdüyü və bu imtahanı keçməzsə artıq həyatda hərşeyin bitdiyini düşündüyünə görədir. Ama unutmayaq ki, burada valideyinlərin rolu, uşaq üzərindəki basğısı çox mühüm rol oynayır.

“Həyatda hər gününü son gününmüş kimi yaşa. Bir gün mütləq haqlı çıxacaqsan”

Ən sevdiyim texnologiya liderlərindən biri olan Steve Jobs haqqında araşdırma apararkən bir gün onun hələ sağkən dediyi sözlərdən biri ilə rastlaşdım:

“Hər səhər ayna qarşısına keçir və özümə bu sualı verirəm: Əgər bu gün həyatda yaşayacağım son günüm olsaydı, birazdan edəcəklərimi etmək istərmiydim?

Məncə hər bir insan bu sualı özünə verməlidi. Çünkü bir insan əgər həmin günü son günüymüşcəsinə yaşarsa əsla pis olmaq istəməz. Daim enerjisi və keyfi yerində olar. Axı bu gün həyatdaki son gündü 🙂 Bir gün oyanacaqsınız və hər zaman etmək istədiyiniz şeylər üçün çox gec olduğunu görəcəksiniz. Ya çox qocalmış və bu ipin sonuna yaxınlaşmış olacaqsanız, ya da artıq başqaları sizin xəyallarınızı sizdən qabaq yaşamış olacaq. Nə qədərki ipin üzərində durursunuz, etmək istədiklərinizi, xəyallarınızı sabaha ərtələməyin. Bəlkə sabah artıq ipin sonuna çatmış olacaqsınız?!

“Həyatdaki ən böyük risk, heç risk almamaqdır”
-Mark Zuckerberg

Və son olaraq bunu demək istəyirəm: Həyatda risk almaqdan qorxmayın. Ya bu gün risk alın, yada sabah peşman olun. Risk etdiyiniz iş alınmasa belə artıq sizə təcrübə qazandıracaq. Ama heçbirşey etməmək sizə peşmanlıq hissindən başqa birşey qazandırmayacaq. Sizə belə bir sual verim: Sizcə həyatdaki ən varlı yer haradır? Çin? Yoxsa Dubai? Əslində heçbiri! Həyatdaki ən varlı yer qəbirstanlıqlardır. Bilirsiz niyə? Çünkü orada yazılmamış kitablar, icad olunmamış texnologiyalar, oxunmamış mahnılar yatır. Çünkü oradaki insanlar risk almaqdan qorxmuşdular. “Camaat nə deyər”, “Birdən yazdıqlarım üçün mənə gülərlər” kimi düşüncələrə görə bəlkədə yazıla biləcək ən möhtəşəm əsərlər heç yazılmadı, dünyaya yenilik gətirə biləcək texnologiyalar icad edilmədi. Əgər birini çox sevirsinizsə, insanlarla paylaşmaq istədiyiniz şeirləriniz varsa, icad etmək istədiyiniz yeni birşeylər varsa elə indi bu məqaləyi bağlayın, gedin onu nəqədər sevdiyinizi deyin, yazdığınız əsərləri insanlarla paylaşın, ağlınızdaki ixtirayı gerçəkləşdirmək üçün çaba göstərin, bəstələyib ama oxumqadan utandığınız mahnıları insanlarla paylaşın.

Unutmayın, hər keçən dəqiqə ipin sonuna dahada yaxınlaşırsınız.

2 thoughts on “Həyatın Son Günü”

  1. Yaxşı dedin : bu dunya ve obri dunya arasinda 1 ipdeyik.Men ise bu ipi uzunmuddetli bir seyahet olaraq gorurem.Meselen xarici olkeye dostlarivin yanina gedirsen 10-20 gun ela vaxt kecirirsen ve vaxtin bitdiyinde donmeye mecbursan her ne qeder onlardan ayrilmaq istemesende,her ne qeder uzuntu getirsede geri qayitmacagini bile bile aid oldugun yere donursen.Heyatda beledi hal hazirda etrafimizdaki insanlar bizimle bu seyaheti eden insanlardi ve zamani geldiginde istemesek bele onlarla vidalasmali olaciq.Ona gore hemin ani yasamaq en gozelidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir