MUSA ABBASOV KİMDİR?

Musa 2000-ci il, Sentyabr ayının 5-də Azərbaycanın Sumqayıt şəhərində dünyaya gözünü açıb. 2007-ci ildə Sumqayıt Təbiət Elmli Təmaüllü Gimnaziya’da Əli müəllimin sinif rəhbəri olduğu 1b ibtidai sinfinə başlayan Musa, daha sonra ailəsinin Masazır qəsəbəsinə köçməsi səbəbi ilə 2009-cu ildən etibarən Masazır 3 saylı tam orta məktəbində təhsilini davam etdirmiş, və 2018-ci ildə həmin məktəbin, İlham müəllimin sinif rəhbəri olduğu 11b sinifindən məzun olmuşdur. Musa hazırda Türkiyənin Kastamonu Üniversitetində təhsilini davam etdirir.

Daha öncə komputeri yalnızca məktəbinin komputer otağında görən Musa, 2013-cü ildə ona ad günündə komputer alınması ilə birlikdə, onun komputerə olan marağı artmışdır. Yaşıdları veb saytlara girib oyun oynarkən, Musaya bu veb saytların necə işlədiyi, oyunların necə yarandığı maraqlı gəlirdi. Bunun üstünə araşdırma aparan Musa, proqramlaşdırma qavramı ilə qarşılaşır. 1 il boyunca bir neçə proqramlaşdırma dili haqqında araşdırma apardıqdan sonra özündəki cəsarəti toplayıb Microsoftun uşaqlar arasında keçirdiyi bir proqramlaşdırma yarışmasına qatılır. Nəticə olaraq isə Musa həmyaşıdları arasında ilk sıralara layiq görülür və Microsoftun sertifikatı ilə təltif edilir.

Bu qalibiyyət Musayı dahada motivasiya edir, onun proqramlaşdırmaya olan sevgisini dahada artırır. Daha sonra ağırlıqlı olaraq C# öyrənərək Microsoftun UWP platfotmasına könüllü olaraq 2 il boyunca yardım edir. Bu ərəflərdə uşaqlıqdan ona maraqlı olan veb proqramlaşdırma ilə də maraqlanmağa və araşdırmağa davam edir. 2015-ci ildə ilk veb sayt sifarişini alır. Bu onun üçün çox sevindirici idi. Çünkü ilk dəfə biri ona gördüyü iş qarşılığında pul verirdi 🙂

Veb proqramlaşdırma artıq onun həyatının önəmli bir hissəsinə çevrilməyə başladı. Bir çox şirkətdən iş təklifi aldı, bir neçə böyük şirkətdə backend developer olaraq fəaliyyət göstərdi, bir çox tədbirlərə dəvət edildi, bir neçə proyektin idea müəllifi oldu.

Musanın hazırda 2 layihəsi var. Bunlardan biri NORSU CMS, digəri isə MYLIBOO‘dur. Eyni zamanda Avropada gerçəkləşdiriləcək, daha sonra Türkiyədə fəaliyyətə keçilməsi planlanan yasnomedia creative agency şirkətinin idea müəllifi və eyni zamanda qurucu ortağıdır.

LAYİHƏLƏRİM

İŞLƏDİYİM ŞİRKƏTLƏR | LAYİHƏLƏR

  • PuzzleHouse CZ
  • Interactive Media
  • Panda School
  • Best Friends
  • Microsoft
  • AzRose MMC
  • AzBadam MMC
  • AzSnopec MMC
  • İncəli MMC
  • Mustafa Tayat MMC
  • Venka Teknik MMC
  • Texnoel MMC
  • Styleash Czech (Çexiya) LLC
  • Zeyneb Butik
  • Microblading Azerbaijan
  • GameInfected Network
  • Technoaz
  • YUS
  • FireWatch Game

MEDYADA MƏN