Proqramistlərin ortaq problemləri, Tükənmişlik sendroumu

Kod yazmaqdan sıxılmısınız? İşləri çatdıra bilmirsiniz? Həyat çox mənasız gəlməyə başlayır? Monitora baxmaqdan yorulmusunuz? Müdürlər və müştərilər sizi anlamır? Səbriniz tükəndi?
Çox gözəl məndədə elədi.

Bir proqramist (developer) olaraq işinizi yerinə yetirmək sizə çətin gəlirsə və zövq vermirsə, həyatınızı yalnızca kiçik fasilələrdə yaşadığınızı hiss edirsinizsə, tükənmişlik sendromuna girmiş ola bilərsiniz.

Gəlin öncəliklə bir proqramistin tükənmişlik sendromu yaşama səbəblərinə nəzər salaq:

Bir proqramistin hər işdə özünü sübut etməyə çalışması tükənmişlik sendromu səbəblərindən biridir. Nə qədər təcrübəli olursa olsun, hər hansı bir şirkətdə və ya proyektdə neçə il çalışırsa çalışsın, hər yeni müştəridə, hər yeni proyektdə, hər yeni texnologiyada proqramist özünü sübut etməyə çalışar. Bu proqramist üzərində əlavə bir basğı və stres yaradır. 

Ölkəmizdə ümumilikdə əməyə dəyər verilməməsi, insanları daha məhsuldar işlətmək əvəzinə ucuza işlətmək çabaları, proqramistin vaxtının dəyərli olmasına görə boş buraxmamaq üçün əlavə işlərin yüklənməsi səbəblərinə görə proqramist özünü dəyərsiz hiss edir.

Proqramistin səbrinin tükənmə səbələrindən biri də hər işi bacarmağı istənilməsidir. Əgər bir proqramist isəniz, həm forntend həm backend həm database işlərinin hamısı sizin üstünüzə yıxılır. Hələ bunlar bəs etməzmiş kimi serverlərin və yazdığınız proqramın işləyəcəyi cihazlarında hazırlanması məhsuliyyəti altında qalırsınız. 

Müştəri istəkləri, müştəri istəkləri, daha çox müştəri istəkləri…. Bir proyektdə olacaq özəlliklər haqda müştəri daim qərarsızdır. Nə istədiyini yalnızca proyekt yavaş yavaş ortaya çıxmağa başladıqca anlayır. Bu təbiidir. Lakin əgər müdür, müştəri ilə düzgün əlaqə qura bilmirsə və müştəri istəklərini düzgün idarə edə bilmirsə proqramist çox vaxt 1 şeyi 5 dəfə dəyişmək məcburiyyətində qalır. Buda proqramistin əsəbləşməyi üçün şərait yaradır. Hələ əgər müştəri ilə əlaqə bir başa proqramistə verilirsə gecikən iş dahada gecikməyə başlayır. 

Hərbir proyektdə mütləq ki, proqramistdən asılı bir hissə olur. Bu proqramistin dahada stres altında olmağına səbəb olur. Əgər o hissədə dəyişiklik edilməlidirsə proqramistin nə telefonu susur nədə gələn maillər dayanmır. Bu da proqramistin olan qalan istirahət vaxtını da əlindən alır.

Proyektlərin təbiətində olan kod yazma zamanı konsentrasiya tələb etməsi və kod yazarkən yalnız qalma ehtiyyacı, zamanla proqramisti yalnız biri olmağa məcbur edir. Xəta həll edərkən başını qaldırıb saata baxanda gecə olduğunu görən proqramist, çevrəsindəki insanlarla sosyallaşa bilmir. Bu vəziyyət bir müddət sonra təkrarlanan hala çevrilir və proqramist cəmiyyətdən, çevrəsindəki insanlardan uzaqlaşaraq asosyal biri halına gəlir. Əgər proqramist bir şirkətdə işləyirsə, müdürlərin proqramistləri iş yoldaşları ilə vaxt keçirməyə məcbur etməsi lazımdı. Çünkü proqramist, kod yazan bir robot deyil, bir insandı. Eyni zamanda iş yoldaşları ilə əlaqə zamanı ortaya çıxan fikirlər bir çox problemi ortaya çıxmadan qarşısını ala bilir. 

Bir proqramistin ən nifrət etdiyi şey isə öncədən yazılmış kodlar üzərində dəyişiklik aparmaqdır. Çünkü bu proqramisti limitləyir, yeni texnologiyaları istifadə edə bilmir, ağlındaki yenilikləri əlavə edə bilmir. Qısaca proqramist özünü inkişaf etdirə bilmir. 

Müştəri ilə proqramisti görüşdürmək… Bütün şirkətlərin ortaq xətası. Müştəri ilə proqramisti görüşdürmək, proqramistin həm həvəsini qırır həm də mənəvi olaraq sarsılmasına səbəb ola bilir. Proyektdə çıxan ən kiçik xəta zamanı proqramistin müştəri ilə üz üzə qalması heç də xoşa gəlməyən problemlər yarada bilir. Bəzi müdürlər özlərinin yaratdıqları problemləri və ya həll edə bilmədikləri problemləri proqramistin üstünə yıxır. Proqramist həm proyekti işləyərkəm həm də müştəri problemini həll etməyə çalışdığı zaman əsəbləşir, səbri çatmır və proyektdən ayrıla bilir.

Təslimat tarixinin yanlış hesablanması ən çox rastlanan vəziyyətlərdən biridir. Belə ki, proyektin təhvil verilmə vaxtı hesablanarkən dost tanış xətrinə ən qısa zamanın seçilməsi, çıxa biləcək xətaların nəzərə alınmaması, “heçkəs etməmiş birinci biz edək” təlaşı və s. bunun kimi səbəblərdən proyektin təhvil verilmə tarixnin çox qısa olması proqramisti stresə salır. Bu stres altında işləmək məcburiyyətində qalan proqramist əlbəttə istənilən nəticəni verə bilmir.

Proqramistə duyğusal yaxınlaşaraq gözləntiyi yüksəltmək də, ən çox edilən yanlışlardan biridir. “Sən edərsən, sən bu işin ustasısan tez bitirərsən” və s. kimi sözlər müştərinin işinin daha tez alınması üçün heç bir təsir etmir. Proqramistə lazım olan şeylər zaman, komanda, lazımlı qaynaqlar və cihazlardır. Bunlar olmadan məhsuliyyətin proqramistin üstünə yıxılması zamanı, əgər proqramist işi təhvil verə bilməsə bunun səbəbini özündə axtarır və depresyaya girir. Ən çoxda işə yeni başlayan proqramistlər bu səhvə düşür. Müdürlərin vecinə olmaması və “bu bacarmasa onsuz başqasını işə alaram” deməsi bir proqramistin karyerasının başlamadan bitməsinə səbəb olur.

Şirkətdə ən yaxşı proqramist olmaq yerinə, öz sahənizdəki ən yaxşı proqramist olmağa çalışın. İş yerində daha çox vaxt keçirmək yerinə evinizdə özünüzü inkişaf etdirmək üçün vaxt ayırın. Boş vaxtlarınızı ən çoxda avtobusda, metroda, yolda keçən vaxtınızı podcast dinləyərək, öz sahənizdə baş verən yeniliklər haqqında oxuyaraq və ya video izləyərək keçirin.  Boş vaxtlarınızı dəyərləndirmək üçün bir blog yazmaq, və ya kiçik bir oyun qurmaq pis fikirlər deyil 🙂 

Tükənmişlik sendromuna düşməmək və ya tükənmişlik sendromundan çıxmaq üçün:

Həftədə 2-3 dəfə idman edin, gəzin. Yeməyinizə fikir verin. Ən çoxda yuxunuza diqqət edin. Əgər çox yorucu, əsəbi və stresli bir gün keçirmisinizsə yuxusuz qalmaq sizi psixolojik olaraq dahada pis edəcək. Yaxşı bir yuxu sistemi, stres və depresyanı azaldır, sizi sakitləşdirir.

 İldə ən az 1 dəfə 1 həftə boyunca texnologiyadan uzaq bir tətil edin. Telefon zəngi olmayan, kompyuter olmayan bir tətil. 

İşləyərkən ekran və göz nizamını, qol və klaviatura nizamını qorumağa özən göstərin.

Sevdiklərinizlə zaman keçirməyə çalışın. Həyatınızda nəyin dəyərli olduğunu düşünün. Gündəlik işiniz bitdikdən sonra işin davamını etməyə çalışmayın, bir sonraki günə saxlayın. Əlinizdəkiləri itirmədən öncə dəyərini bilin. Fasilələrdə yaşamağı yox, bütün həyatınız boyunca hərgün yaşamağı seçin.

Yeni texnologiyaları araşdırın, birdən çox proqramlaşdırma dili öyrənin, iş əlaqələrinizi genişləndirin, CV-nizi canlı tutmağa çalışın. Bu tip şeylərlə stresdən uzaqlaşmış olarsınız. 

Proqramist azad olmalıdır. Proqramist araşdıra bilməli, yeni şeylər öyrənmək üçün hər zaman qaynaq və zaman sahibi olmalı, proyektdə və kodlarda söz sahibi olmalıdır. Yeri gələndə risk edib, proyekt proqramistin düzgün bildiyi tərəfə çəkilməlidir. Ortaq bir qərar alındıqdan sonra fikirlər dəyişdirilməməlidir. İşə duyğusal yox, məntiqli baxılmalıdır.

Tükənmişlik sendromundan sonra düzəlmək zaman alır. Birdən birə özünüzü enerjik hiss edə bilməzsiniz. Bu zaman aralığında lazım gələrsə professional insanlardan (psixoloqlardan və s.) dəstək almaq müsbət olar.

Unutmayın, həyat enişlər və yoxuşlarla doludur. Yoxuşda görüşərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir