Development zamanı aktiv olaraq istifadə etdiyim proqramlar və qoşmalar

Bu məqaləmdə sizlərə development zamanı aktiv olaraq istifadə etdiyim proqramlardan (apps and tools) və qoşmalardan (plugins and extensions) bəhs edəcəm.

Atom

Atom Editor

Atom Editor ilə 5 il öncə tanış olmuşam. Mənim proqramlaşdırmaya yeni yeni başladığım zamanlar, Atomun isə yeni yeni yayımlandığı zamanlar idi 🙂 5 ildə çox inkişaf etdi lakin hələdə böyük proyektlərlə işlədiyim zaman çökmə, yavaşlama kimi problemlər olur. Zaman zaman VS Code, PhpStorm kimi editorlara keçsəmdə heç birində 3 gündən uzun davam edə bilməyib yenidən Atoma qayıtdım. Bəzi alışqanlıqlar heç dəyişmir 🙂 ...  DAVAMI >

Go (golang) proqramlaşdırma dilinə giriş #1

Go dili, Google Go və ya ən çox bilinən adı ilə Golang, Google tərəfindən ortaya çıxarılmış açıq qaynaq kodlu bir dildir. Go dilinin GitHub səhifəsində dilin bütün kodlarını görə bilərsiniz.
Golang 2007-ci ildə Ken Thompson, Rob Pike və Robert Griesiemer tərəfindən hazırlanmağa başlayıb və 2009-cu ilin noyabr ayında yayımlanmışdır. Qurucularına görə bu dil Google’daki problemləri həll etmək üçün hazırlanmış, C++’a alternatif bir dildir. ...  DAVAMI >

PHP 7.4 ilə nələr dəyişir? Hansı yeni özəlliklər gəlir?

PHP 7.4 ilə bir çox yenilik gəlir və bəzi şeylər dəyişir. Öncə gələn yeniliklərə nəzər salaq daha sonrasında isə nələrin dəyişəcəyinə baxaq.

Arrow funksiyalar

Arrow funksiyalarını “qısaldılmış funksiya” olaraq adlandıra bilərik. Kiçik və qısa funksiyalar artıq tək sətr olaraq yazıla biləcək. ...  DAVAMI >

Proqramistlərin ortaq problemləri, Tükənmişlik sendroumu

Kod yazmaqdan sıxılmısınız? İşləri çatdıra bilmirsiniz? Həyat çox mənasız gəlməyə başlayır? Monitora baxmaqdan yorulmusunuz? Müdürlər və müştərilər sizi anlamır? Səbriniz tükəndi?
Çox gözəl məndədə elədi.

Bir proqramist (developer) olaraq işinizi yerinə yetirmək sizə çətin gəlirsə və zövq vermirsə, həyatınızı yalnızca kiçik fasilələrdə yaşadığınızı hiss edirsinizsə, tükənmişlik sendromuna girmiş ola bilərsiniz.

Gəlin öncəliklə bir proqramistin tükənmişlik sendromu yaşama səbəblərinə nəzər salaq: ...  DAVAMI >

Həyatın Son Günü

Düşünürəm ki, həyat, bu dünya və obiri dünya arasında yerləşən incə bir ip, biz isə həmin ipin üzərində yeriyən kəndirbazlarıq. Ama burada bir istisna var. Bu ipin sonunu görə bilmirik. Bəlkədə ipin sonuna çatdıqda artıq bir daha bu dünyaya qayıtmaq şansımız olmadığını bildiyimiz üçün ipin sonunu görmək istəmirik…

“Hər insan həyatda öz seçimlərinin nəticələrini yaşayır. Və hər insan bir gün mütləq bu ipin sonuna çatır. Önəmli olan insanın bu ip üzərində nə qədər uzun dayandığı deyil, dayandığı müddət ərzində nələr etdiyidir.”

Tom Robbins’in dediyi kimi: “Doğmaq və ölmək asandır. Önəmli olan yaşamağı bacarmaqdır.” Məncə həyatda bəzi şeyləri çox ciddiyə almaq yanlışdır. Çünkü birşeyi gözünüzdə çox böyüdərsəniz, o şey alınmadıqda sanki hərşeyin sonuymuş kimi deprasyaya düşər və sağlığınızda ciddi problemlər yaradarsınız. Hətta bəzi hallarda bu səbəbdən insanların intihar etdiyinidə çox görmüşük. Örnək vermək gərəkərsə bir neçə ay öncə Sumqayıt şəhərində universitet imtahanını keçə bilmədiyi üçün intihar edən gənci göstərə bilərik. Düşünürəmki həmin gəncin intihar səbəbi məhz universitet imtahanını gözündə böyütdüyü və bu imtahanı keçməzsə artıq həyatda hərşeyin bitdiyini düşündüyünə görədir. Ama unutmayaq ki, burada valideyinlərin rolu, uşaq üzərindəki basğısı çox mühüm rol oynayır.
=&0=&
Ən sevdiyim texnologiya liderlərindən biri olan Steve Jobs haqqında araşdırma apararkən bir gün onun hələ sağkən dediyi sözlərdən biri ilə rastlaşdım:
=&1=&
Məncə hər bir insan bu sualı özünə verməlidi. Çünkü bir insan əgər həmin günü son günüymüşcəsinə yaşarsa əsla pis olmaq istəməz. Daim enerjisi və keyfi yerində olar. Axı bu gün həyatdaki son gündü 🙂 Bir gün oyanacaqsınız və hər zaman etmək istədiyiniz şeylər üçün çox gec olduğunu görəcəksiniz. Ya çox qocalmış və bu ipin sonuna yaxınlaşmış olacaqsanız, ya da artıq başqaları sizin xəyallarınızı sizdən qabaq yaşamış olacaq. Nə qədərki ipin üzərində durursunuz, etmək istədiklərinizi, xəyallarınızı sabaha ərtələməyin. Bəlkə sabah artıq ipin sonuna çatmış olacaqsınız?!
=&2=&
-Mark Zuckerberg
Və son olaraq bunu demək istəyirəm: Həyatda risk almaqdan qorxmayın. Ya bu gün risk alın, yada sabah peşman olun. Risk etdiyiniz iş alınmasa belə artıq sizə təcrübə qazandıracaq. Ama heçbirşey etməmək sizə peşmanlıq hissindən başqa birşey qazandırmayacaq. Sizə belə bir sual verim: Sizcə həyatdaki ən varlı yer haradır? Çin? Yoxsa Dubai? Əslində heçbiri! Həyatdaki ən varlı yer qəbirstanlıqlardır. Bilirsiz niyə? Çünkü orada yazılmamış kitablar, icad olunmamış texnologiyalar, oxunmamış mahnılar yatır. Çünkü oradaki insanlar =&3=&. “Camaat nə deyər”, “Birdən yazdıqlarım üçün mənə gülərlər” kimi düşüncələrə görə bəlkədə yazıla biləcək ən möhtəşəm əsərlər heç yazılmadı, dünyaya yenilik gətirə biləcək texnologiyalar icad edilmədi. Əgər birini çox sevirsinizsə, insanlarla paylaşmaq istədiyiniz şeirləriniz varsa, icad etmək istədiyiniz yeni birşeylər varsa elə indi bu məqaləyi bağlayın, gedin onu nəqədər sevdiyinizi deyin, yazdığınız əsərləri insanlarla paylaşın, ağlınızdaki ixtirayı gerçəkləşdirmək üçün çaba göstərin, bəstələyib ama oxumqadan utandığınız mahnıları insanlarla paylaşın.

=&4=& ...  DAVAMI >